Qumbara partladı, Vətən müharibəsi iştirakçısı öldü

Zaqatalada qumbaranın partlaması nəticəsində 2 nəfər yaralanıb. Bir nəfər daha sonra xəstəxanada həlak olub.

Telexeber.az bildirir ki, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini - 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlan olan şəxs Vətən müharibəsi iştirakçısıdır.
Популярный ролик