71 yaşlı qadın faciəvi şəkildə vəfat etdi

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Telexeber.az xəbər verir ki, rayonun Qarasaqqal kəndində yaşayan 1953-cü il təvəllüdlü Xəzangül Cəfərova ehtiyatsızlıqdan həyətdəki su quyusuna yıxılıb. Nəticədə o vəfat edib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Популярный ролик