Anasını ölümdən xilas etdi - Bakıdakı qanlı hadisənin detalları

2023-cü il fevralın 2-də Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Rövşən Əliyev 1975-ci il təvəllüdlü keçmiş həyat yoldaşı Vüsalə Əliyevaya bıçaq xəsarətləri yetirib.

Hadisə Qara Qarayev prospekti 85, mənzil 21-in qarşısında baş verib. Həmin gün Rövşən Əliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Vüsalə Əliyevanın boynunda, çiynində, kürəyində, üz arteriyasının zədələnməsi ilə müşayiət edilən sağ yanağında bıçaq yaraları aşkar edilib.

İstintaqla müəyyən edilib ki, Rövşən Əliyev keçmiş arvadı Vüsalə Əliyeva ondan boşandığına və barışıqdan imtina etdiyinə görə yaşadıqları mənzilə gəlməyə icazə verməyib. Bu səbəbdən aralarında dəfələrlə baş vermiş mübahisələrlə əlaqədar qisas niyyəti ilə keçmiş həyat yoldaşını öldürmək qərarına gəlib.

Qeyd edək ki, hadisə zamanı övladı Nurcan Əliyeva araya girib anasını müdafiə etmək istəyərkən, əlləri və qolları yaralanıb. Buna baxmayaraq, ana və qızı özlərini itirməyiblər. Vüsalə Əliyeva Rövşən Əliyevə qarşı aktiv müqavimət göstərib, qızı Nurcan isə onu itələyərək, pilləkənlərdən yerə yıxıb. Daha sonra Vüsalə Əliyeva mənzilə girərək, arxadan qapını bağlayıb.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadasının köməyi ilə zərərçəkmişlər vaxtında xəstəxanaya çatdırıldığından onların həyatlarını xilas etmək mümkün olub.

Zərərçəkmiş Vüsalə Əliyeva ifadəsində göstərib ki, Rövşən Əliyevlə 2003-cü ildə ailə həyatı qurub. Özü dərziliklə məşğul olub, Rövşən isə avtomobil təmiri sexində işləyib. Bu nikahdan iki övladları dünyaya gəlib, 8 il rayonda yaşadıqdan sonra Bakıya köçərək, kirayədə qalıblar. Daha sonra Rövşən qumar oynayıb, tez-tez pul uduzduğundan ondan ayrılmağa qərar verib. Cütlük 2022-ci ilin aprel ayında boşanıb. Bundan başqa, son 1 il ərzində Rövşənin ödəmədiyi alimentə görə xeyli borcu yaranıb.

Məhkəmə iclasında Rövşən Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Vüsalə Əliyeva və Nurcan Əliyeva təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin süjetində:
Популярный ролик