Gəncədə ağır qəza oldu - 3 yaralı var
- 10.06.2026, 09:49,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Gəncədə yol qəzası baş verib.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.
“KİA” markalı avtomobil “VAZ 2107” markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.


