Bakıda evdən yaşlı qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti aşkarlanıb.

Telexeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 9-da gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Aytəkin Kərimovanın meyiti yaşadığı evdə tapılıb. Hüquq-mühafizə orqanları hadisə yerinə və meyitə baxış keçiriblər. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimala görə, qadın ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик