Bakıda ağır qəza - 18 yaşlı motosikletçi öldü
- 11.06.2026, 14:17,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda "Qazel"lə motosiklet toqquşması nəticəsində bir nəfər ölüb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi "Tufan" markalı motosikletlə toqquşub. Nəticədə sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət almış, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.