Sumqayıtda əvvəllər məhkum olunmuş şəxs saxlanıldı

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Telexeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun bundan əvvəl də bir nəfərə məxsus planşeti oğurladığı məlum olub
Araşdırmalar davam etdirilir.
Популярный ролик