Qanunsuz silah-sursat aşkarlandı
- 17.06.2026, 11:28,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

İyunun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 pulemyot, 1 tapança, 7 tüfəng, 7 patron darağı və 213 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.