1 tondan artıq çətənə kolu məhv edildi
- 18.06.2026, 11:00,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.
Telexeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Qındırğa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 250 kiloqram olan 2563 ədəd çətənə kolu məhv edilib.