Bakıda yol hərəkəti qaydalarını pozan motosikletçi saxlanıldı
- 28.06.2026, 11:41,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYPİ) Telexeber.az-a bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür.