Qaxda əvvəllər məhkum olunmuş şəxs saxlanıldı
- 29.06.2026, 10:41,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb.
Telexeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıb. Ondan çay sahilində meşəlik ərazidə əkdiyi çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, H.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.