56 yaşlı piyadanı maşın vurdu
- 15.07.2026, 10:04,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü S. Novruzovu vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.