Ağır vəziyyətdə xəstəxanaya aparılan 1 yaşlı uşaq ÖLDÜ

Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb.



Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında qeydə alınıb.

Belə ki, uşaq Tərtər rayonundan ağır vəziyyətdə gətirilib.


Həkimlərin müdaxiləsinə baxmayaraq, J. T-nin həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Популярный ролик