İrandan idxal olunan 1100 tona yaxın portağalda virus aşkarlanıb
- 28.02.2023, 08:51,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
AQTA-dan Telexeber.az-a bildirilib ki, sınaq protokolları nəticəsində idxal olunmuş 1098 ton portağal məhsulunda (2023-cü ilin 1 yanvar - 23 fevral tarixləri) 54 halda karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu (“citrus tristeza virus”) aşkarlanıb.
Bu barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib.
Lakin bu vaxtadək həmin məlumatlar təqdim edilməyib, portağal məhsulunun idxalında aşkarlanan uyğunsuzluqlar isə daha da intensivləşib. Bununla bağlı olaraq, AQTA bu istiqamətdə nəzarət tədbirlərini daha da gücləndirib və aidiyyəti üzrə tədbirlər həyata keçirilməkdədir.