Baş məşqçi postu ona həvalə edilir - Raula sürpriz təklif
Facebook
Вконтакте
Одноклассники
Google+
"Real Madrid”in keçmiş futbolçusu Raul Qonsales "Şalke" klubunu çalışdıra bilər.
Telexeber.az xəbər verir ki, hazırda “Real”ın ikinci komandasını çalışdıran Raul, İspaniyadan ayrılmaq istəyir. İddia edilir ki, əsas komandanı çalışdırmaq istəyən Raul, indiki halda bu vəzifənin ona verilməyəcəyini bildiyi üçün belə qərar verib.
Qeyd edək ki, "Şalke"nin baş məşqçisi Karel Geraerts istefaya göndərilib. Raul “Real”dan sonra “Şalke”də oynadığı üçün Almaniya futbolunun tərzinə bələddir. Raul futbolçu kimi “Şalke”də 2011-ci ildə Almaniya kubokunu və Superkubokunu qazanıb.