Azərbaycan millisi məğlub oldu - Millətlər Liqası

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub.


Telexeber.az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsinə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

15-ci dəqiqədə komandamızın heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Beş dəqiqə sonra Lukaş Haraslin Slovakiyanın növbəti qoluna imza atıb. 87-ci dəqiqədə David Duriş də adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə yenilib.

***


21:49

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında dördüncü qol vurulub.

Telexeber.az-ın məlumatına görə, qonaqlar növbəti dəfə fərqləniblər - 3:1.

87-ci dəqiqədə David Duriş adını tabloya yazdırıb.

***

21:34

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında üçüncü qol vurulub.

Telexeber.az-ın məlumatına görə, qonaqlar növbəti dəfə hesabda önə keçiblər - 2:1.

75-ci dəqiqədə Lukaş Haraslin fərqlənib.

***

21:29

Azərbaycan millisi Bakıda Slovakiyaya qarşı keçirdiyi UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında azlıqda qalıb.

Telexeber.az-ın məlumatına görə, Mahir Emreli 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.

***

21:03

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ikinci hissə başlayıb.

Telexeber.az-ın məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.

Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

***

20:47

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb.

Telexeber.az-ın məlumatına görə, tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar - 1:1.

Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

***

20:38

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında növbəti qol vurulub.

Telexeber.az-ın məlumatına görə, millimiz 38-ci dəqiqədə hesabı bərabərləşdirib.


Toral Bayramov adını tabloya yazdırıb.

***

20:24

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.

Telexeber.az-ın məlumatına görə, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar.


Rahil Məmmədov avtoqol müəllifi olub.

***

20:01

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb.

Telexeber.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.

Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.
Популярный ролик