Azərbaycanın millisi yoldaşlıq görüşündə Bəhreyni məğlub etdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb.
Telexeber.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə qarşılaşıb.

Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.
Популярный ролик