Azərbaycanın tennis yığması “Davis Cup” üçün Moldovaya yollandı

Kişilərdən ibarət Azərbaycan Tennis üzrə yığma komandası “Davis Cup” turnirində iştirak etmək məqsədilə Moldovaya yola düşüb.
Telexeber.az xəbər verir ki, Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Orxan Manaflı və koordinator Yalçın Manaflının rəhbərliyi altında yarışda ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər.

Tennisçilərimiz Davis Cup turnirinin III qrupunda mübarizə aparacaqlar. Yarışlar 10–13 iyun tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək.

Yığma komandamıza uğurlar arzulayırıq!
Популярный ролик