Seçkini uduzdu, 20 milyonu “batdı”
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin “Fənərbaxça” klubunda prezidentliyə namizəd olan iş adamı Hakan Safi əməlli-başlı ziyana düşüb.
Telexeber.az xəbər verir ki, bu iddia ilə yerli media çıxış edib. Türkiyə mətbuatı yazıb ki, rəqibi Əziz Yıldırıma məğlub olan Safi aylardır davam edən seçki marafonunda milyonlarla avro itirib.
Seçki kampaniyası dövründə xərclərdən çəkinməyən və iddialı transfer vədləri vermək üçün ciddi ilkin müqavilələr imzalayan Hakan Safinin ümumi zərəri dodaq uçuqladır. Məlumata görə, iş adamı rəhbərliyə gələcəyi təqdirdə komandaya qatacağı dünya ulduzları və məşhur məşqçilər üçün bəzi ön razılaşmalar imzalayıb. Bu çərçivədə müqavilələrin ilkin ödənişləri və zəmanət haqları olaraq təxminən 10 milyon avro ödənilib. Seçkini uduzandan sonra bu müqavilələr etibarsız sayılıb və ödənilən pullar geri qaytarılmayıb.
Maddi itki bununla da bitməyib. Safinin böyük heyətlə apardığı, reklam, təqdimat, tədbirlər və lobi fəaliyyətlərini əhatə edən seçki kampaniyası büdcəsinin də təxminən 10 milyon avroya yaxın olduğu iddia edilir. Beləliklə, prezidentlik yarışı Hakan Safiyə bütövlükdə 20 milyon avroya başa gəlib.