Kök uşaqların sayı artır
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə ildən ilə bütün dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı artır.
ÜST xəbər verir ki, dünyada ən azı 41 milyon 5 yaşına qədər olan uşaqlarda artıq çəki və piylənmə var. 1990-cı ildən artıq çəkisi olan kiçik yaşlı uşaqların sayı 10 nəfər milyon artıb.
ÜST ekspertləri qeyd edir ki, uşaqlarda piylənmə çox ciddi sağlamlıq problemlərinə və psixoloji çətinliklərə səbəb olur.
Beş.az saglamolun.az-a istinadən bildirir ki, alimlərin müşahidələrinə görə, piylənmədən əziyyət çəkən uşaqlarda ürək-damar sistemi xəstəliklərinin əlamətləri artıq 8 yaşında inkişaf etməyə başlayır.
MedicalDayli xəbər verir ki, artıq çəkisi olan uşaqların 50%-i Asiyada, 25%-i isə Afrikada yaşayır.