Qorxulu xəbərdarlıq: Ebola epidemiyası tarixi fəlakətə çevrilə bilər
- 07.06.2026, 10:32,
- Səhiyyə
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Orta Afrikada sürətlə yayılan Ebola epidemiyasının təhlükəli həddə çatdığı barədə xəbərdarlıq edib.
Telexeber.az xəbər verir ki, CDC tərəfindən yayımlanan kompüter əsaslı model analizlərinə görə, bölgədə yoluxma sayı yaxın gələcəkdə 10-20 min nəfəri keçə bilər. Mütəxəssislər bildirirlər ki, hazırkı vəziyyət 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş və 28 mindən çox insanın yoluxduğu, 11 mindən artıq şəxsin həyatını itirdiyi ən ölümcül Ebola epidemiyasına bənzər istiqamətdə inkişaf edir.
Qurumun ekspertləri hesab edirlər ki, güclü və qətiyyətli ictimai səhiyyə tədbirləri görülməzsə, epidemiyanın miqyası daha da genişlənə və qlobal sağlamlıq təhlükəsizliyi üçün ciddi təhdidə çevrilə bilər.
CDC rəsmiləri vurğulayıblar ki, yoluxma zəncirinin qırılması, xəstələrin vaxtında aşkarlanması və müalicəyə cəlb edilməsi, həmçinin profilaktik tədbirlərin gücləndirilməsi epidemiyanın nəzarət altına alınması üçün həlledici əhəmiyyət daşıyır.
Mütəxəssislərin fikrincə, lazımi tədbirlər görülmədiyi təqdirdə, Orta Afrikadakı Ebola epidemiyası son onilliklərin ən ağır səhiyyə böhranlarından birinə çevrilə bilər.