
Son illər səhiyyə sahəsində həyata keçirilən islahatlar çərçivəsində regionlarda əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan Şirvan Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyəti də vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir.
Xəstəxananın direktoru Pərviz həkimin rəhbərliyi altında tibb müəssisəsində pasiyent məmnunluğunun artırılması, tibbi xidmətlərin əlçatanlığının təmin olunması və sosial həssas təbəqələrə xüsusi diqqətin göstərilməsi istiqamətində ardıcıl işlər görülür.
Məlumata görə, şəhid ailələri, qazilər, müharibə veteranları və aztəminatlı ailələrin üzvlərinə xüsusi qayğı göstərilir, onların müraciətlərinə operativ baxılır və tibbi xidmətlərdən rahat şəkildə yararlanmaları üçün lazımi şərait yaradılır. Xəstəxananın kollektivinin hər bir üzvü vətəndaşlarla nəzakətli davranışa, peşəkar tibbi xidmət göstərilməsinə və humanist yanaşmaya üstünlük verir.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında çalışan həkim və tibb işçilərinin fədakar əməyi nəticəsində gündəlik müraciət edən yüzlərlə vətəndaşa keyfiyyətli tibbi xidmət göstərilir. Xüsusilə şəhid ailələri və qazilərə göstərilən diqqət dövlətimizin sosial siyasətinə verilən töhfə kimi qiymətləndirilir.
Qeyd olunur ki, xəstəxana rəhbərliyi tərəfindən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tibbi avadanlıqlardan səmərəli istifadə olunması və vətəndaş məmnunluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Şirvan sakinləri ümid edirlər ki, bu istiqamətdə görülən işlər gələcəkdə də davam etdiriləcək və şəhər əhalisinin sağlamlığının qorunması sahəsində daha böyük uğurlar əldə olunacaq.