Peşəkarlıq, təcrübə və etimad – Dr. Elvin Əliyev estetik cərrahiyyədə uğurlu fəaliyyəti ilə seçilir


Müasir dövrdə estetik və rekonstruktiv cərrahiyyə sahəsinə maraq sürətlə artır. Bu sahədə uğurlu nəticənin əsas şərti isə peşəkar bilik, zəngin təcrübə və pasiyentə məsuliyyətli yanaşmadır.

Uzun illərdir cərrahi fəaliyyət göstərən Dr. Elvin Əliyev məhz bu xüsusiyyətləri ilə seçilən mütəxəssislərdən biri kimi tanınır. Açıq mənbələrdə yer alan məlumata görə, o, tibbi təhsilini Naxçıvan Dövlət Universitetində alıb, daha sonra Azərbaycan Tibb Universitetində ümumi cərrahiyyə üzrə rezidentura keçərək peşəkar fəaliyyətini inkişaf etdirib. Həmçinin Türkiyədə plastik və estetik cərrahiyyə istiqamətində müxtəlif ixtisasartırma proqramlarında iştirak edib.

Hazırda fəaliyyətini Qafqaz Hospitalda davam etdirən Dr. Elvin Əliyev abdominoplastika, liposaksiya, mammoplastika, ginekomastiya, BBL, otoplastika və digər estetik əməliyyatlar üzrə xidmət göstərir. Onun fəaliyyəti zamanı pasiyentlərin təhlükəsizliyi, fərdi yanaşma və əməliyyatdan sonrakı tibbi nəzarət əsas prinsiplərdən hesab olunur.

Açıq mənbələrdə təqdim olunan məlumata əsasən, Dr. Elvin Əliyev 15 ilə yaxın peşəkar təcrübəyə malikdir və minlərlə estetik əməliyyat həyata keçirib. Xüsusilə qarın gərmə (abdominoplastika) əməliyyatları üzrə geniş təcrübəsi ilə seçildiyi bildirilir. Bu göstəricilər onun estetik cərrahiyyə sahəsində tanınan mütəxəssislərdən biri kimi dəyərləndirilməsinə səbəb olur.

Müasir tibbdə estetik əməliyyat yalnız xarici görünüşün dəyişdirilməsi deyil, eyni zamanda insanın özünəinamının və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm tibbi müdaxilə hesab olunur. Bu baxımdan peşəkar həkim seçimi xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, estetik əməliyyat qərarı verən şəxslərin mütləq şəkildə ixtisaslı həkimlə məsləhətləşməsi, əməliyyatın mümkün riskləri, nəticələri və bərpa prosesi barədə ətraflı məlumat alması tövsiyə olunur.

Telexeber.az
Популярный ролик