Eboladan ölənlərin sayı 860-ı keçdi

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 864 nəfərə çatıb.

Telexeber.az Reuters-ə istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasında Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı isə 2200-ə yüksəlib.

Qeyd edək ki, budəfəki Ebola epidemiyası bu il mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri isə Konqonun İturi əyalətidir.
Популярный ролик