Rusiyada Heydər Əliyevlə bağlı poçt markası dövriyyəyə buraxıldı

Moskva şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiya Federasiyasının dövriyyəyə buraxdığı poçt markasının rəsmi möhürlənmə mərasimi təşkil olunub.

Telexeber.az xəbər verir ki, Markanın möhürlənməsi Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin tərəfindən həyata keçirilib.


Poçt markasının üzərində Azərbaycan Respublikasının dövlət bayrağı fonunda Ümummilli Liderin portreti təsvir edilib.

Qeyd edək ki, poçt markasından əlavə bu mövzuda Birinci gün zərfləri nəşr edilib.
Популярный ролик