Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi AÇIQLADI
- 19.05.2023, 09:05,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb.
Telexeber.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.
Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb. “Görüşün mayın 25-də keçirilməsi planlaşdırılır”, - o söyləyib.
Qeyd edək ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.