"Azərbaycan sülh istəyən tərəf olduğunu dəfələrlə göstərib" - Ərdoğan
- 21.05.2024, 11:06,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başa çatıb.
Telexeber.az xəbər verir ki, görüşdən sonra Ərdoğan mühüm açıqlamalar verib. Dövlət başçısı çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.
"Can Azərbaycana dəstəyimizi bir daha təsdiqlədik. Bakının Kahramanmaraşda zəlzələdən zərər çəkənlər üçün tikdirdiyi evlərin inşası davam edir. Biz Qarabağ qələbəsindən sonra Azərbaycanın Ermənistanla apardığı danışıqları diqqətlə izləyirik. Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə göstəriblər. Eyni münasibəti Ermənistandan da gözləyirik", - deyə Ərdoğan bəyan edib.