Baş nazirə Bright Uzbekistan layihəsi təqdim olundu

Baş nazir Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan Bright Uzbekistan jurnalının xüsusi buraxılışı təqdim edilib.

Telexeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, jurnalın Azərbaycanla bağlı nəşr edilən 3-cü və 4-cü xüsusi buraxılışları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinə və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurlara həsr olunub.
Популярный ролик