Prezident Məhəmməd Süleyman Əl-Casirə "Dostluq" ordenini təqdim etdi
- 18.06.2026, 13:16,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə "Dostluq" ordenini təqdim edib.
Telexeber.az xəbər verir ki, təqdimetmə Prezidentin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edərkən baş tutub.
Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirdi.
Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.