Belarus XİN Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə münasibət bildirdi

Belarus XİN Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə münasibət bildirdiBelarus Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Telexeber.az Report-a istinadən xəbər verir ki, bəyanatda rəsmi Minsk tərəfləri təmkinli olmağa çağırır.


Qeyd olunur ki, Belarus sərhəddəki durumu narahatlıqla izləyir.

“İstənilən münaqişə yalnız siyasi və diplomatik vasitələrlə həll edilə bilər və həll edilməlidir. Belarus Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunmasına töhfə verməkdə davam edəcək”, - bəyanatda bildirilib.
Популярный ролик