ABŞ səfiri Prezidentin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə dair bəyanatını təqdir edib
- 25.10.2022, 09:18,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyevin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə dair bəyanatı çox müsbət və ümidvericidir.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib. Səfir qeyd edib ki, region liderlərinin görüşü hər zaman müsbət olur.
“Gürcüstanın vasitəçi roluna gəlincə, biz bir il əvvəl Azərbaycan-Ermənistan münaqişəsindən sonra müəyyən addımların atıldığını və məhbusların azad edilməsində Gürcüstanın oynadığını rolu çox yaxşı xatırlayırıq. Bu, Gürcüstanın bu prosesdə uğurlu vasitəçilik hekayəsi idi. Bununla yanaşı, bu ölkələr arasında əməkdaşlıq və daha çox dialoqun aparıla biləcəyi bir çox fərqli sahələr var. Bu, istər enerji, istər iqtisadiyyat, istərsə də qarşılıqlı əməkdaşlıqla inkişaf etdirilməsi mümkün olan digər sahələrdir. Prezident İlham Əliyevin bəyanatı çox müsbət, ümidverici idi”, - deyə Kelli Deqnan bildirib.