Xankəndi-Laçın yolu ilə 3 ağır erməni xəstə Ermənistana təxliyə edilib

Xankəndi-Laçın yolu ilə 3 ağır erməni xəstə Ermənistana təxliyə edilibBeynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) Xankəndi xəstəxanasındakı 3 nəfər ağır xəstənin Ermənistana təxliyə olunmasına şərait yaradılması ilə bağlı müraciət daxil olub.

Telexeber.az xəbər verir ki, müraciətdə xəstələri 2 nəfər ailə üzvünün və 2 nəfər tibb heyətinin müşayiət edəcəyi, onlardan əlavə BQXK-yə məxsus 3 ədəd Toyota Land Cruiser markalı avtomobildən ibarət karvanda 3 nəfər sürücü və 1 nəfər BQXK nümayəndəsinin olacağı bildirilib.


Karvan aksiya yerindən keçib. Onların keçidinə heç bir maneə törədilməyib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.
Популярный ролик