"Prezidentin yaşıl enerji istehsalıyla bağlı verdiyi proqnoz özünü doğruldacaq" - Sahib Alıyev

"Prezidentin yaşıl enerji istehsalıyla bağlı verdiyi proqnoz özünü doğruldacaq" - Sahib Alıyev"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin ilk günündə SOCAR-la sözü gedən ölkənin “Masdar” şirkəti arasında imzalanan Azərbaycanda 2 QVt gücündə Dənizdə Külək və Hidrogen, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik, 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişləri göstərir ki, dövlət başçımızın yaşıl enerji istehsalıyla bağlı yerli televiziyalara verdiyi proqnoz özünü doğruldacaq".

Telexeber.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev deyib.
"Cənab İlham Əliyev iki şirkətlə 22 QVt gücündə yaşıl elektrik enerjisinin əldə edilməsi haqda niyyət protokollarının imzalandığını və bunun azı yarısının reallaşacağını bildirirdi. Və elə o iki şirkətdən biri “Masdar”dır ki, hazırda Qobustanda 230 MVt gücündə günəş elektrik stansiyası inşa edir. Ümumiyyətlə, həmən şirkətin Azərbaycanda 10 qiqavatlıq bərpa olunan enerji istehsal edəcəyi razılaşdırlıb ki, bunun 4,23 QVt-nın reallığa çevriləcəyi artıq göz önündədir".

Sahib Alıyev qeyd edib ki, əgər Birləşmiş Ərəb Əmirliklərinin sadəcə bir şirkəti ilə nəzərdə tutulan əməkdaşlıq tam həcmdə reallaşsa, bu, Azərbaycandakı mövcud ümumi elektrik enerjisi güclərindən 2756 MVt-dan artıq potensial, ildə 5 milyard m3-dən çox təbii qaza qənaət, eyni zamanda təqribən 10 milyon ton karbon emissiyasının atmosferə atılmasının qarşısının alınması deməkdir.
Популярный ролик