"Məktəb bufetləri bəzən direktorlar tərəfindən icarəyə verilərək şərikli biznesə çevrilir"-Ekspert rəyi

"Məktəb bufetləri bəzən direktorlar tərəfindən icarəyə verilərək şərikli biznesə çevrilir"-Ekspert rəyiBu gün ən vacib məsələlərdən biri orta məktəblərin yaxınlığında və məktəb bufetlərində, xüsusən də evdə hazırlanan un məmulatlarının və digər yeyinti məhsullarının satışıdır. Bəzi məktəb yeməkxanalarında uşaqlara dönər, mayonez ilə salat təklif olunduğunu da deyə bilərik. Amma əksər ölkələrdə mayonez risk qrupuna aid edilib və məktəbdə qidalanma sistemində satışına qadağa qoyulub. Xüsusilə qeyd etmək lazımdır ki, yaranmış nəzarətsiz mənzərə sui-istifadə və cinayət əməlləri üçün geniş meydan yaradır və bu da dəhşətli nəticələrə səbəb ola bilər.

Məktəblərdə ərzaq məhsullarına (kökə və digər un məmulatlarının) hansı qurum nəzarət edir və yaxud etməlidir? Qeyd etmək olar ki, əksər hallarda satılan məhsulların tərkibi tələblərə cavab vermir və düzgün formada daşınmır. Bu qidaların satıcılarında uyğunluq sertifikatları varmı və bu qidalar uşaqların sağlamlığı və həyatı üçün nə dərəcədə təhlükəsizdir? Məhsulların Azərbaycan əhalisinin həssas təbəqəsinə - uşaqlara təklif olunduğunu nəzərə alaraq, satıcılar həkim nəzarətindən keçirlərmi?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov Telexeber.az-a danışıb. O, bildirib ki, beş il bundan öncə o vaxtkı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetləri üçün standart hazırladı və bir sıra məktəb bufetlərində bir sıra qidaların satışı qadağan olundu. Onlara qazlı, energetik içkilər, kolbasaların bir çox növləri,çips və digər məhsullar daxildir. Lakin Azad İstehsalçılar Birliyinin xüsusən regionlarda, o cümlədən Beyləqanda apardığı monitorinqlər göstərdi ki, məktəb bufetləri heç də standart tələblərə cavab vermir. Bufetlərin əksər hissəsi direktorlar tərəfindən kimlərəsə icarəyə verilərək şərikli biznesə çevrilir. Hazırda məktəb bufetlərinə mərkəzləşdirilmiş qaydada qida verən heç bir qurum yoxdur. Vaxtı ilə belə bir qurum olub, hazırda isə yoxdur. İndi məktəb bufetləri müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altındadır. Lakin burada da, gündəlik, ciddi nəzarət yoxdur. Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə xüsusi diqqət yetirməlidir. Hətta, məktəb bufetində işləyən şəxslərin yoxlanması da ciddi nəzarət yoxdur.
Популярный ролик