Məleykə Abbaszadənin istefa xəbərinə DİM-dən REAKSİYA

Hazırda yerli KİV-də Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı məlumat yayılıb. DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacağı bildirilir.

Yenisabah.az mənbələrinə istinadən məlumat yayıb ki, Abbaszadə ilə bağlı mövqe qətiləşib: "Bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması bu sektorda dəyişiklikləri qaçılmaz edib. İqtidar düşərgəsində Məleykə Abbaszadənin təxminən 30 il davam edən hakimiyyətinə son qoyulmasının vaxtı çatdığına dair yekdil mövqe var. Həmçinin Məleykə Abbaszadəni əvəzləyəcək şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, Məleykə Abbaszadənin vəzifəsi Elm və təhsil naziri Emin Əmrullayevə həvalə olunacaq. Məktəblərdəki neqativ halların ictimailəşməsindən sonra sürətlə nüfuzdan düşən gənc nazirin bu təyinata özünün xilası kimi baxdığı deyilir. Əmrullayevin karyerası ilə bağlı yeni qərarın yeni tədris ili başlayana kimi veriləcəyi gözlənilir".


Telexeber.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu göndərib. DİM-in Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirilib ki, hazırda onlarda bu barədə məlumat yoxdur:

"Bizdə belə bir məlumat yoxdur. Bu məsələlər Azərbaycan Respublikası Prezidentinin səlahiyyət dairəsinə aiddir".
Популярный ролик