I sinfə gecikən uşaqların qəbulu başa çatdı
- 16.10.2025, 09:32,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi başa çatıb.
Telexeber.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.
Qeyd edək ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr saat 15:00-dan 15 oktyabr saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi aparılıb.