Nazir müraciət etdi - Şikayət edin

"8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı hallar iki yerə bölünür. Birinci, məcburetmə və külli miqdarda hədiyyə yığılmasıdır".

Telexeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. O qeyd edib ki, mütləq şəkildə belə olan halda valideynlər şikayət etməlidirlər:


"O zaman nazirlik olaraq biz də araşdırma aparırıq. Müəllimlərə çox bahalı hədiyyə alınması və külli miqdarda pul yığılması müəllimə, məktəb idarəçiliyinə uyğun olan iş deyil. Bəzi hallarda bunun təşəbbüskarı bir valideyn qrupu olursa və digər valideyn qrupu ondan şikayət edirsə, bu zaman biz müdaxilə edə bilmirik. Valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər".
Популярный ролик