Koronavirus qurbanlarının sayı 344 mini ötdü

Koronavirus qurbanlarının sayı 344 mini ötdüDünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 407 min 378 nəfərə çatıb.

Telexeber.az xəbər verir ki, virusdan ölənlərin sayı 344 min 19 nəfərdir. İndiyədək 2 milyon 247 min 930 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.
Популярный ролик