Koronavirusdan ölənlərin sayı 330 mini ötdü

Koronavirusdan ölənlərin sayı 330 mini ötdüDünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 127 min 431 nəfərə çatıb.

Telexeber.az xəbər verir ki, virusdan ölənlərin sayı 330 min 946 nəfərdir. İndiyədək 2 milyon 44 min 153 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.
Популярный ролик