Göyçayda 33 yaşlı gənc qəfildən vəfat etdi

Göyçayda 33 yaşlı gənc qəfildən vəfat etdiGöyçay rayonunda ölüm hadisəsi baş verib.

Telexeber.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün saat 19:00 radələrində rayonun Qarayazı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Məmmədov Rüstəm Şəmsəddin oğlu yaşadığı evdə qəflətən dünyasını dəyişib.

İlkin verilən məlumata əsasən, 33 yaşlı gəncin ürək tutmasından öldüyü bildirilib.
Популярный ролик