Gecə saatlarında BƏD XƏBƏR - Ölən və yaralılar var

Gecə saatlarında BƏD XƏBƏR - Ölən və yaralılar varYevlaxda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Telexeber.az-ın məlumatına görə, hadisə rayonun Varvara kəndi ərazisindən qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Səfərov Cəfər Pənah oğlu idarə etdiyi VAZ 21-06 markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarına aşırıb.

Hadisə zamanı avtomobilin sürücüsü C.Səfərov hadisə yerində ölüb. Digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик