Ağdamın Xıdırlı kəndində N.D company tikinti şirkəti at oynadır,quldarlıq devri başladılıb və müqaviləsiz işlədilən işçilər nəyəsə xatir susurlar.(fakt var)


Cənab Prezidentimiz insanların rifahı,rahatçılığı və ən əsası köçkünlərin öz dədə baba yurduna qayıdışının təmini üçün büccədən milyardlarla pul ayırır ki,illərdi torpağına,yurduna,elinə-obasına həsrət qalmış qalmış köçkünlərin rahat yaşamaları üçün heç bir maniələr yaranmasın.erməni işğalından azad olunmuş torpaqlarımız indidə qanunsuz fəaliyyət göstərən tikinti şirkətlərinin işğalı altındadır desək heçdə yanılmarıq. Bir parça çörəyə möhtac olan fəhlə ilə harınlamış tikinti rəhbərliyi arasında qanunvericiləyə uyğun olaraq heçbir müqavilə bağlanmır və belə olduğu halda müəyyən bir vaxtdan sonra çarəsiz fəhlə tikinti şirşəkintindən asılı qalıb qula çevrilir.Daha geniş açıqlama etsək- yəni,1 ay işlədilən fəhləyə şirkət yarı maış veri,fəhlə qaçmasın deyə tikinti şirkəti maışın yarısını da özündə depozit kimi saxlayır və mən bunun adına quldarlıq devri adlandırıram.
Telexeber.az a şikayət əsnasında müraciət edən Sahil Hüseyinli bildirir ki,iş üçün N.D company tikinti şirkətinə müraciət etmiş və müraciət N.D company tikinti şirkəti tərəfindən qəbul olunmuşdur. Oktyabırın 1 i Sahilin Ağdam rayon Xıdırlı kəndində işləməsə üçün tikinti şirkəti tərəfindən portal açılır.4 gün ərzində santexnik və kafel metlax işində işlədilən Sahil Hüseyinli ilə heçbir əmək müqaviləsi bağlanmır,işinədə gündəlik nəzarət olunur.Pul istəmə məqamına gələndə yüz nöqsan tapıb işçiyə başqa iş təklif edirlər.Sahildə haqlı olaraq etiraz edir ki,bəs mənim 4 gün ərzində çəkdiyim əziyyətin haqqı necə olacaq?
N.D company tikinti şirkətinin sözçüsü İsa Sadıxlı bu suala cavab olaraq Sahil Hüseyinli yə bildirir ki,şirkətin materialını səf işlərdə istifadə edib zay etmisən,birazda səs ucaldıb etiraz etsən zay olan materialın pulunu sənə ödətdirərəm.Hərgün işinin gedişi şirkət tərəfindən yoxlanılmasına baxmayaraq sonda Sahili çıxılmaz vəziyyətə salanların səs yazısını oxucuların və aidiyyatı qurumların diqqətinə çatdırırıq.
Xahiş edirəm İsa Sadıxlı və Sahil Hüseyinli arasında yaranmış problemin müzakirəsinə diqqətlə qulaq asın.
Bizi izləməyə davam edin,bu məsələ ilə bağlı bir evin tikintisinə,təhvilinə ayrılılan vəsaiti və ayrılan vəsaitə uyğun olaraq görülən işlərin keyfiyyətini araşdırıb müzakirə edəcəyik və təbi ki,müqaviləsiz işlədilən işçilərin haqlarını aidiyatı qurumların diqqətinə çatdırıb nəticəsini işıqlandıracağıq.
Популярный ролик