Tikinti sektorunda ölən və xəsarət alanların sayı günbə gün artır (nəzarət yoxdu)

Tikinti sektorunda ölən və xəsarət alanların sayı günbə gün artır (nəzarət yoxdu)
Son zamanlar Azərbaycan Respublikasında, xüsusilə Bakı şəhərində tikinti işləri geniş vüsət almışdır. Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi nəticəsində tikinti sahəsinə yönələn investisiyaların həcmi kəskin surətdə artmışdır. Belə ki, ölkədə çoxmərtəbəli binaların əksəriyyəti özəl sektor tərəfindən inşa olunur. Bu da əhalinin mənzil təminatında və yeni infrastruktur sahələrinin yaradılmasında mühüm rol oynamaqla yanaşı, ciddi narahatlıq doğuran problemlər yaratmışdır.

Bir sıra hallarda tikinti şirkətləri tərəfindən müəyyən olunmuş tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmaması bu tikintilərdə qəza halları, yanğınlar və orada çalışan insanların tələfatı ilə bağlı bədbəxt hadisələrlə nəticələnir. Bununla yanaşı, həmin təşkilatlar tərəfindən əmək müqavilələrinin bağlanmaması işçilərin əmək hüquqlarının pozulmasına və vergidən yayınma hallarına səbəb olur.
Yuxarıda qeyd etdiyimiz tikintiyə aid qanun pozuntuları Abşeron rayonu Masazır qəsəbəsi,Bəyəndim ticarət mərkəzinin tam yanında baş verməkdədir.Ancaq əfsuslar olsun ki,heç bir aidiyyatı orqanlarlar buna məhəl vermir,yadaki görməməzdikdən gəlirlər.
Məyər Faiq müəllimin imkanı yoxdurmu ki,fəhlələri qoruyucu kaska və iş vaxtı fəhlələrin təhlükəsisliklərini təmin edən kəmər kimi vasitələrlə təmin etsin?
Araşdırmamız davam edir,bizi izləyin.
Популярный ролик