Tovuzda bir ailənin 3 üzvü zəhərləndi

Tovuzda bir ailənin 3 üzvü zəhərləndiTovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Telexeber.az-ın məlumatına görə, zəhərlənmə faktı rayonun Qovlar şəhərində qeydə alınıb.

1976-cı il təvəllüdlü Aygün Hüseynova, 1970-ci il təvəllüdlü Ağgül Rüstəmova və 2008-ci il təvəllüdlü Hüseynova Mədinə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç şəxsə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Популярный ролик