Abşeronda avtomobillə mopedlər toqquşub, ölən var

Abşeronda avtomobillə mopedlər toqquşub, ölən varAbşeronda avtomobillə mopedlər toqquşub, ölən var.

Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 25-də saat 16 radələrində rayonun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini N.Alməmmədli idarə etdiyi “Chevrolet” markalı avtomobillə qarşıda gedən Bakı şəhər sakini Rəşid Adıgözəlovun və Xırdalan şəhər sakini V.Xəlilovun idarə etdikləri mopedləri vurub. Nəticədə R.Adıgözəlov hadisə yerində ölüb, digər mopedçi xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Популярный ролик