"Qarabağ"ın oyunundan sonrakı mətbuat konfransına giriş üçün maska tələbi QOYULDU

"Qarabağ"ın oyunundan sonrakı mətbuat konfransına giriş üçün maska tələbi QOYULDUÇempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" (İsveçrə) oyunundan sonra keçiriləcək mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.


Telexeber.az "Qarabağ"ın rəsmi səhifəsinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Популярный ролик