Türkiyədən Yunanıstana sərt xəbərdarlıq: "İzahı mümkün deyil"

Türkiyədən Yunanıstana sərt xəbərdarlıq: "İzahı mümkün deyil"Yunanıstanın sahil mühafizə qayıqları Türkiyəyə məxsus yaxtanı atəşə tutublar.

Telexeber.az xəbər verir ki, hadisə ötən gecə baş verib.

Belə ki, Aydın vilayətinin Didim rayonundan Muğlanın Göcek limanına gedən yaxta yunan sahil mühafizə qayıqlarının hücumuna məruz qalıb. Yaxtada ailəsi ilə birlikdə olan kapitan, 35 yaşlı Fərhad Koray deyib ki, yunan tərəfi əvvəlcə havaya xəbərdarlıq atəşi açıb. Daha sonra onları İstanköy limanına getməyə məcbur ediblər.

Baş verən hadisəyə münasibət bildirən Türkiyənin Müdafiə naziri Hulusi Akar vurğulayıb ki, son zamanlar yunan tərəfinin bu sayaq hərəkətlərinin izahı mümkün deyil.

"Mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətindəki bütün səylərimizə, səbrimizə baxmayaraq, son günlər Egey dənizində baş verənlərin izahı mümkün deyil. Bunlar çox ciddi təhriklərdir, provakasiyadır. Bu hərəkətlərin heç onların özlərinə də xeyri yoxdur", - deyə H.Akar vurğulayıb.
Популярный ролик