Türkiyədə turistləri daşıyan mikroavtobus aşdı - Çox sayda yaralı var

Türkiyədə turistləri daşıyan mikroavtobus aşdı - Çox sayda yaralı varTürkiyənin Ərzurum vilayətinin Palandöken xizək mərkəzi bölgəsində turistləri daşıyan mikroavtobus aşıb.

Telexeber.az xəbər verir ki, ilkin məlumatlara görə, qəzada 25 nəfər yaralanıb.
Qəza mikroavtobus bir hotelin müştərilərini hava limanına apararkən baş verib.

Hadisə yerinə çox sayda xilasedici, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик