Qatil ərdən DƏHŞƏTLİ ƏMƏL: Arvadının başını kəsib meydanda gəzdirdi - FOTO

Qatil ərdən DƏHŞƏTLİ ƏMƏL: Arvadının başını kəsib meydanda gəzdirdi - FOTOƏrinin zorakılığından xilas olmaq üçün Türkiyəyə qaçan 17 yaşlı qadın əri tərəfindən tapılaraq qətlə yetirilib.

Telexeber.az Sputnik Türkiyə-yə istinadən xəbər verir ki, əlində arvadının kəsilmiş başı ilə poza verən kişinin görüntüsü sosial şəbəkədə hiddət yaradıb.
Belə ki, fevralın 5-də İranın Xuzistan əyalətinin paytaxtı Əhvaz şəhərinin Kəsai meydanında bir kişi əlində arvadının kəsilmiş başı ilə şəkil çəkdirib. Sosial şəbəkədə paylaşılan videoda kişinin bir əlində arvadının başını, digər əlində bıçaq tutduğu görülüb.

Məlum olub ki, öldürülən 17 yaşlı qadın ərinin zorakılığından qurtulmaq üçün Türkiyəyə qaçıb. Lakin kişi onu Türkiyədə taparaq İrana aparıb. Bundan sonra isə o, 17 yaşlı arvadının başını kəsərək qətlə yetirib.

Mərhumun qardaşı polisə şikayət etdikdən sonra isə qatil ər həbs edilib. Polis öldürülən qadının meyitini evində tapıb.

Xuzistan Prokurorluğundan verilən açıqlamaya görə, hazırda araşdırma aparılır.
Qatil ərdən DƏHŞƏTLİ ƏMƏL: Arvadının başını kəsib meydanda gəzdirdi - FOTO
Популярный ролик