Rusiya fövqəladə vəziyyət elan etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya hökuməti Voronej bölgəsində fövqəladə vəziyyət elan edib.
Telexeber.az xəbər verir ki, bu barədə Ria novosti agentliyi məlumat yayıb. Məlumata görə, fövqəladə vəziyyətin elan edilməsinə səbəb Ukraynanın Donbass bölgəsindəki əhalinin Voronej bölgəsinə təxliyə edilməsidir.
Qeyd edək ki, Donbassdakı gərginlik səbəbilə Rusiya hökuməti əhalinin təxliyəsinə başlayıb. Son günlər Ukrayna-Rusiya sərhədində vəziyyət gərgindir. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.